Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdədə ağır yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Qəza

Bərdədə 2 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə-Tərtər yolunda baş verib.

İki avtomobilin toqquşması nəticəsində adı hələlik məlum olmayan şəxs hadisə yerində həyatını itirib. Digər şəxs, 1988-ci il təvəllüdlü Abbasov Samir Sabir oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də həkimlər onun həyatını xilas edə bilməyib.

Qəza nəticəsində xəsarət alan 34 yaşlı Əhmədli Rövşən Teymur oğlu, 34 yaşlı Məmmədov Elgiz Ədilxan oğlu, 22 yaşlı Əliyev İsgəndər İsrail oğlu və 31 yaşlı Abbasov Elşad xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »