Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Haber Global” kanalı Ağdamın Cümə məscidində - Video
Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı - Video

Türkiyənin “Haber Global” kanalının müxbirləri işğaldan azad edilən Ağdamın Cümə məscidində olublar.

Unikal.org-un kanala istinadən verdiyi məlumata əsasən, müxbirlər, rayon işğaldan azad ediləndən sonra ilk dəfə azan oxunan və namaz qılınan Cümə məscidindən reportaj hazırlayıblar.

Reportyor bildirib ki, artıq rayon Azərbaycan ordusuna təhvil verilib və hazırda Ağdamda nəzarət tam olaraq Azərbaycan ordusunun əlindədir. O, əlavə edib ki, azərbaycanlı əsgərlər ilk olaraq Ağdamdakı Cümə məscidinə gəlib və cümə namazlarını da məsciddə qılıblar.

Müxbir qeyd edib ki, bu məscid Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir və işğaldan sonra məscidin dağıntıya məruz qaldığı açıqca görünür.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »