Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sarkisyan: “Ermənistanda dərin böhran hökm sürür”
Armen Sarkisyan

Ermənistanda iqtisadi sahədə dərin böhran var.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

“Biz bir daha əmin olduq ki, dost dar gündə tanınar. Siz çox çətin bir zamanda gəlmisiniz, böhran vaxtı deyə bilərik. İqtisadi sahədə böyük problemlər var. Çətin bir müharibədən sonrakı dövr və koronavirus. Həmçinin, psixoloji problemlər.  Xarici siyasətdə də vəziyyət yaxşı deyil”.

“Müharibənin ilk günlərində biz bilirdik ki, Rusiya rəhbərliyinin, şəxsən prezidentin səyləri hərbi əməliyyatların dayandırılmasına yönəldilib", - deyə o qeyd edib.

Prezident bildirib ki, dövlət qarşısında iki vacib problem dayanır: “İlk növbədə birgə bəyanata uyğun olaraq təkcə hərbi əməliyyatların dayandırılmasının həyata keçirilməsi deyil, sonrakı illərdə də onu davam etdirmək lazımdır. Bunun Ermənistan üçün həyati əhəmiyyəti var.

İkincisi, Ermənistanda sabitliyin bərqərar olması. Heç kim Qarabağla bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsini sual altına almasın. Çətinliklərə, böhran vəziyyətinə baxmayaraq, həll yollarını tapmaq həmişə mümkündür".

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »