Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergey Lavrov: “Türkiyə regionda real faktordur”
Sergey Lavrov

“Türkiyə bu regionda real faktordur".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyənin bu regiondakı rolu haqqında Rusiya Prezidenti Dağlıq Qarabağla bağlı 17 noyabr tarixli müsahibəsində ətraflı danışıb. Türkiyə bu regionda real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Əlbəttə ki, suveren Azərbaycanın xarici siyasət tərəfdaşını seçmək hüququ var, necə ki, Ermənistan da özünü xarici siyasət tərəfdaşlarını seçir. Bizim Türkiyə ilə Azərbaycan ərazisində Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılmasından ötrü Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var. Hansı ki, bu mərkəz məsafədən texniki vasitələrlə Dağlıq Qarabağ və ətrafında atəşkəs rejiminə riayət olunmasını izləyəcək. Bu, atəşkəsin dayanıqlılığını təmin edəcək əlavə faktor olacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »