Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bədbəxt 3 ölkəsi
Qellap institutunun ictimai rəyin öyrənilməsi mərkəzi planetin ən bədbəxt 3 ölkəsinin adlarını açıqlayıb.

Publika.az bildirir ki, bunlar Cənubi Sudan, Haiti və Ukraynadır. Ukrayna anti-reytinqdə Avropanın yeganə ölkəsi olub. Bu haqda "Rosbalt" məlumat yayıb.

Ukraynada özünü bədbəxt hesab edənlər 41%, Haitidə 43%, Cənubi Sudanda 47%-dir.

UNİAN agentliyinin məlumatına görə, Ukraynanın yalnız 9% əhalisi özünü xoşbəxt və çiçəklənən adlandıra bilib, qalan 50%-i isə aralıq vəziyyətdə olduqlarını bildiriblər.

Ən xoşbəxt ölkələrə gəlincə, geniş miqyaslı sosial sorğuya görə, top-3-ə Norveç, Danimarka və İslandiya daxil olub.

Son xəbərlər
Bütün xəbərlər »