Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” 2 müdafiəçi ilə meydana çıxır
Futbol

Azərbaycan çempionu “Qarabağ” Premyer Liqanın X turunun “Sumqayıt”la görüşünə qeyri-adi heyətlə çıxır.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov start heyətində cəmi 2 nominal müdafiəçiyə yer verib.

Bunlar Kevin Medina və Donlad Geryedir. Çempionat üçün 6 müdafiəçi sifariş edən Ağdam klubu Bədavi Hüseynovla Abbas Hüseynovun zədə, Rahil Məmmədovla Maksim Medvedevin koronavirus yoluxması üzündən belə vəziyyətə düşüb.

Qurbanovun sərəncamında olan oyunçulardan yarımmüdafiəçilər Qara Qarayev, Elvin Cəfərquliyev, həmçinin Uroş Matiçin arxa xəttə oynaması mümkündür. Lakin onlar nominal müdafiəçi deyil və orta sahə oyunçusu kimi sifariş edilib.

Ümumilikdə isə oyuna 19 futbolçu sifariş edən “Qarabağ”ın ehtiyatda da bir müdafiəçisi qalıb. Bu, ikinci komandadan heyətə cəlb edilən Rauf Hüseynlidir.

Ehtiyatda iki qapıçı və altı sahə oyunçusu olan ağdamlıların 8 üzvündən dördü “Qarabağ-2”nin üzvləridir.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »