Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nur-Sultanda partlayış: 1 nəfər ölüb, 33 nəfər yaralanıb
Nur-Sultanda partlayış: 1 nəfər ölüb, 33 nəfər yaralanıb

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedəki partlayış nəticəsində bir nəfər ölüb, 33 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin şəhərdəki idarəsinin mətbuat xidməti yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Paytaxtın icra hakimiyyətinin başçısı Altay Kulqinov bildirib ki, ölənin ailəsinə yardım göstəriləcək.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Son xəbərlər
Bütün xəbərlər »