Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən verilən məlumata görə, noyabrın 21-də saat 1 radələrində Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində Emil Sadıqov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırma aparılır.