Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xızıda evdən oğurluq edən saxlanılıb
Həbs

Xızı rayonun Giləzi qəsəbə oğurluq hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Giləzi qəsəbə sakini N.Rzayev ona məxsus fərdi yaşayış evindən 7 000 manat pulun oğurlanması barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Sitalçay kənd sakini Xəyal Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı pulların bir qismini xərclədiyini bildirib. Oğurluq yolu ilə əldə edilən pulların qalan hissəsi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Xəyal Rəsulov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »