Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda sosial vəziyyət ağırlaşır
Quşçuluq - toyuq

Ermənistan müstəqillik dövrünün ən ağır günlərini yaşayır. Qarabağ məğlubiyyəti, üstəlik, pandemiyanın sürətlə yayılması Qafqaz dövlətini çox sarsıdıb.

Bizimyol.info xəbər verir ki, Ermənistanda sosial vəziyyət ağırlaşır. Gündəlik tələbat mallarının qiyməti çox artıb.

Ermənistan mətbuatının yazdığına görə, ən çox qiymət artımı toyuq ətində və yumurtada qeydə alınıb. İndi mağazalarda 62 dramdan (təxminən 21 qəpik) ucuz yumurta tapmaq mümkün deyil. Məsələ ilə ictimai rəqabətin müdafiəsi komitəsi ciddi məşğul olmağa başlayıb. Bazarda araşdırma aparılır, qiymətin niyə belə yüksəldiyini müəyyənləşdirməyə çalışırlar.

Quşçuluq İttifaqının rəhbəri Sergey Stepanyan deyib ki, qiymətlər xüsusilə son 20 gündə yüksəlib. Yəni müharibə Ermənistanda sosial vəziyyətin pisləşməsində birbaşa rol oynayıb.

Stepanyan hesab edir ki, hökumət üzərinə düşəni lazımi səviyyədə yerinə yetirmir. Onun dediyinə görə, Nikol Paşinyan hakimiyyətə gələndən fermerlər ona problemləri çatdırır, amma ortada iş yoxdur.

Çörəyin qiyməti də artmağa başlayıb. Hökumət süni müdaxilə ilə bunun qarşısını almağa cəhd göstərir. Görünən odur ki, yaxın aylarda Ermənistanda sosial vəziyyət bir az da ağırlaşacaq.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Məlahət Mürşüdlü vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »