Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rumıniyanın sabiq xarici işlər naziri Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edib
İlham Əliyev

Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin sabiq üzvü Ramona Nikol Manesku Prezident İlham Əliyevi Qələbə münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Ermənistanın işğalı altında olan ərazilərinizin azad edildiyi bu tarixi dönəmdə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf və məmnunluq duyuram.

Sizin əzmkarlığınız, ərazi bütövlüyünüzün təmin edilməsi ilə bağlı qətiyyətiniz, diplomatik və hərbi sahələrdə göstərdiyiniz cəsarət hazırda Azərbaycanın müasir tarixini müəyyən edir. Heç şübhəsiz, Siz xalqınızın tarixində xilaskar kimi əbədi qalacaqsınız.

Bundan başqa, Azərbaycan xalqı bütün dünyaya əzəmətli xalq olmağın əsas xüsusiyyətlərini - rəşadət və yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdi.

Çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanın rumıniyalı dostu olaraq bütün dünyaya göstərdiyiniz nümunəyə görə Sizi bir daha təbrik edirəm və Zati-alinizə təşəkkürümü bildirirəm".

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »