Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni hüquq müdafiəçisi: “Müharibə rüsvayçı məğlubiyyətlə bitdi”
Erməni uşaqları döyüşə aparılır

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir.

Noyabrın 20-də mitinqə toplaşanlar yenə Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Polis etirazçılara qarşı sərt davranıb, 85 nəfər həbs olunub.

Bizimyol.info xəbər verir ki, mitinqdə iştirak edən tanınmış erməni hüquq müdafiəçisi Avetik İşxanyan hakimiyyəti tənqid edib. O, hərbi vəziyyətin daha heç bir əhəmiyyət daşımadığını bildirib.

“Absurddur. Çünki müharibə rüsvayçı məğlubiyyətlə bitib. Hərbi vəziyyəti saxlamağın yalnız bir məqsədi var – Baş nazir üçün daxili məsələləri həll etmək”.

İşxanyan etiraz aksiyalarının sərt şəkildə dağıdılmasını pisləyib. Onun sözlərinə görə, erməni gənclər ləyaqətini qorumaq üçün küçələrə çıxır: “Gördüyünüz hüquq-mühafizə orqanı deyil. Onlar heç dövləti də qorumurlar. Bu, polisin özünün məğlubiyyətidir”.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »