Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Obama Putin və Ərdoğan haqda yazıb: Bir-birinə zidd fikirlər
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

ABŞ-ın keçmiş prezidenti Barak Obama xatirələrini qələmə alıb.

O, kitabında bir çox maraqlı məqamlara toxunub. Obama memuarında dünya liderlərindən də bəhs edib.

Barak Obama

Bizimyol.info xəbər verir ki, “Foreign Policy” ABŞ-ın ilk qaradərili prezidentinin yazdıqlarına yer verir. Obamanın fikrincə, bir çox liderlər özünü yaxşı tərəfdən göstərməyib.

Kitabdan aydın olur ki, Obama dövlət başçısı seçiləndə özünə bir o qədər inamlı deyilmiş. Qaradərili prezident dünya lideri sayılmağa layiq olub-olmaması haqda çox düşünüb. Yəni Obama hansısa məqamda gücünə şübhə ilə yanaşıb.

Keçmiş prezident onun dövründə Rusiyaya başçılıq edən Dmitri Medvedevlə görüşünü xatırlayıb. Onun yazdığına görə, ilk danışıqlar çox uğursuz alınıb.

Obamanın yazdıqları arasında ən maraqlısı 2000-ci ildən Rusiyada hakimiyyətdə olan Vladimir Putin haqda fikirləridir. O, şimal dövlətinin rəhbərini “əlində nüvə silahı olan küçə bandasının başçısı” adlandırıb: “Köməkçim Devid Akselrod soruşanda ki, Putin haqda hansı təəssüratım var, beləcə də demişdim. Bu, gülüş doğurmuşdu. Amma mən zarafat etmirdim. Putin, həqiqətən də, mənə Çikaqoda və Tammani-hollda qarşılaşdığımız adamları, sərt, sentimentallıqdan uzaq, işini yaxşı bilən, heç vaxt dar təcrübələrinin sərhədlərindən kənara çıxmayan, rüşvəti, soyğunçuluğu, yalanı və hətta təcavüzü yolverilən sayan tipləri xatırladırdı”. Ümumilikdə Obama Putini "əlində nüvə silahı olan küçə bandasınn başçısı kimi" təsvir edib.

Obama Fransanın keçmiş prezidenti Nikola Sarkozini özündənrazı adam kimi xarakterizə edib. Amma kitabda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan haqda müsbət fikirlər oxumaq mümkündür. O, türk rəhbərlə həmişə mehriban söhbət etdiklərini xatırlayıb.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »