Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artur Vanetsyan: “Nikol Paşinyan ölkədə yeganə fəraridir”
Nikol Paşinyan

Artur Vanetsyan: “Nikol Paşinyan ölkədə yeganə fəraridir”

Ermənistanda Qarabağ məğlubiyyətinə görə böyük əksəriyyət hakimiyyəti qınayır. Hakimiyyət isə məsuliyyəti xalqın boynuna qoymağa çalışır.

Artur Vanetsyan Artur Vanetsyan

Bizimyol.info xəbər verir ki, Ermənistanın müxalifət lideri Artur Vanetsyan Nikol Paşinyanın ünvanına növbəti ittihamı səsləndirib. O, erməniləri döyüşlərə yetərincə həssaslıq göstərməməkdə qınayan Baş nazirin özünün meydandan qaçdığını bildirib.

“Nikol Paşinyan ölkədə yeganə fəraridir. Heç kim ona həvalə olunan ərazini tərk etməyib. Şəxsən mən öz dəstəmlə mövqeyimdən getməmişdim. Ən ağır bölgələrdə idik”.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun dediyinə görə, Şuşada döyüşlərdə olub. Noyabrın 8-də general-leytenant Levon Mnatsakanyan ona və dəstəsinə hərbi əməliyyatların dayandırıldığını bildirib.

“Soruşdum ki, nə etmək lazımdır? Cavab verdi ki, heç nə. Bundan sonra Ermənistana qayıtmalı olduq”.

“Vətən” partiyasının sədri düşünür ki, Paşinyan cəmiyyətdə çaşqınlıq yaradır: “Belə fikir formalaşdırır ki, guya onu istefaya göndərib müharibəyə başlamaq istəyirik. Mən rəsmi bəyan edirəm ki, belə məramımız yoxdur. Bu sənəd reallığa çevrilib. Bizim bir məqsədimiz var – erməni tərəfinin rifahına xidmət edən müddəaları razılaşmaya daxil etmək”.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »