Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağın azərbaycanlı icması yeni layihənin icrasına başlayıb
Qarabağın azərbaycanlı icması

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yeni layihəyə start verib.

Bu barədə “Report”a Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.

Layihə əsir və itgin düşmüş, girov götürülmüş vətəndağlarımızla bağlı həyata keçirilir.

"Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı zamanı 4 minə yaxın soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Bu illər ərzində Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaların tələblərini pozaraq əsir düşmüş soydaşlarımızla bağlı Azərbaycan tərəfinə heç bir məlumat təqdim etməyib. Əsir düşmüş şəxslərin ailə üzvlərinin beynəlxalq təşkilatlara ünvanladıqları çoxsaylı müraciətlər isə cavabsız qalıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini yenidən gündəmə gətirmək, əsir və itgin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin üç dildə (Azərbaycan, rus, ingilis) video müraciətlərini hazırlayıb beynəlxalq təşkilatlara, insan hüquqaları ilə bağlı məşğul olan humanitar qrumlara təqdim etməkdir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistan hakimiyyətindən 90-cı illlrdə əsir və girov götürülmüş, itgin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatlara aydınlıq gətirməyi tələb edirik", - məlumatda bildirilib.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »