Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Analarının meyiti ilə bir evdə yaşayan bacı-qardaş - VİDEO
Türkiyənin Kızılay məhəlləsində iki övladı ilə bərabər yaşayan 79 yaşlı Fatma Yüksəl ölümündən 15 gün sonra dəfn edilib.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qadını uzun müddət görməyən qonşular ona baş çəkmək qərarına gəliblər.

Onların üzünə qapını Fatma Yüksəlin 42 yaşlı övladı Serpil Yüksel açıb və anasının xəstə olduğunu bildirərək içəri buraxmayıb. Evdən pis qoxu gəldiyini hiss edən qonşular vəziyyətdən şübhələnərək polisə xəbər veriblər.

Sərpil Yüksəl “Anam evdə xəstə yatır, sabah xəstəxanaya aparacağam. Siz niyə gəldiniz?” deyərək polisi də evə buraxmaq istəməyib. Onun etirazına baxmayaraq, evə daxil olan polis 79 yaşlı qadının ölmüş vəziyyətdə divana uzadıldığını görüb.

Qadının cəsədi morqda müayinə edilib. Bir tərəfi çürümüş ananın ən az 15 gün əvvəl vəfat etdiyi məlum olub. Ölüm səbəbi isə hələlik məlum deyil.

Anası və bacısı ilə eyni evdə yaşayan Ercan Yüksel bacısının təzyiqi altında qaldığı üçün analarının öldüyünü heç kimə söyləmədiyini bildirib. Serpil qardaşını intihar edəcəyi ilə qorxudub.

79 yaşlı Fatma Yüksəlin çürümüş cəsədi morqdan gətirildikdən sonra məhəllə məzarlığında dəfn edilib.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
Son xəbərlər
Bütün xəbərlər »