Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus xəstələri karantin postunda saxlanıldı
Polis postu

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirusa yoluxan şəxslərin yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində qurulan karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk etmiş şəhər sakinləri F.Ağayev və onun arvadı T.Ağayeva özlərinə məxsus “Hyundai” markalı avtomobillə Gəncə şəhərinə getmək istəyərkən saxlanılıblar.

Müəyyən edilib ki, koronavirus testlərinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları evi tərk ediblər.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları ünvana geri qaytarılıblar.

F.Ağayev və T.Ağayeva barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
Son xəbərlər
Bütün xəbərlər »