Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağlıq Qarabağda süni şəkildə ermənilərin sayı artılır - Politoloq
Xankəndi - Ermənilər Yetrevana gedir

Xəbər vetdiyimiz kimi dövlət başçısı İlham Əliyev bu gün xalqa etdiyi müraciətdə bildirib ki, Ermənistan tərəfindən növbəti bir uydurmasına görə,Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub: “Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb”.

Bizimyol.info-ya açıqlama verən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, Ermənistanın qaçqınların sayını şirşirtməsinə səbəb status məsələdir, amma status olmayacaq.

Politoloq Fərhad Mehdiyev Fərhad Mehdiyev

Politoloq qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda ermənilərin sayını süni olaraq artırmağa çalışır: “Dağlıq Qarabağ münaqişəsilə bağlı Madrid prinsipləri arasında Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə həll olunması məsələsi var idi. Ona görə də Ermənistan Dağlıq Qarabağda ermənilərin sayının süni şəkildə artırmağa çalışırdılar ki orada ermənilərin sayı azərbaycanlıların sayından qat-qat çox olsun.

Hamı hazırda bu məsələ aktual deyil. Belə ki biz azad etdiyimiz ərazilərə vətəndaşlarımızı geri qaytaracağıq. Əsgərlərimizin qanı ilə Qarabağın status məsələsini gündəmdən götürmüşük. Referendum olmayacaq. Biz ətraf rayonlardan Dağlıq Qarabağa ermənilərin köçürülməsinə qarşı haqlı mövqeyimizi bildiririk. Ermənilərin düşündüyü referendum məsələsi tarixdə qaldı”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »