Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bob Bləkmən: “Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasını nəzərdə tutan bu sülh razılaşmasını ürəkdən alqışlayırıq”
Bob Blackman

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniya parlamentinin İcmalar Palatası üzvünün məktubunda deyilir: “Hörmətli cənab Prezident.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi Sizi tarixi sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasını nəzərdə tutan bu sülh razılaşmasını ürəkdən alqışlayır.

Biz, həmçinin yeni razılaşmaya əsasən Dağlıq Qarabağın Azərbaycana qaytarılması və Ermənistanın silahlı qüvvələrini bir neçə həftə ərzində ətraf ərazilərdən çıxarması barədə xəbərdən məmnunuq.

Cənab Prezident, münaqişə müddətində təmkinli və qətiyyətli davranmağınız münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq bu münaqişə ilə bağlı təbliğat aparılması və Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha vurğulayırıq”.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »