Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su obyektlərinin mühafizəsi qaydalarını pozanlar cərimə olunublar
Daxili İşlər Nazirliyi

Su obyektlərinin mühafizəsi qaydalarını pozan şəxslər müəyyən edilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Paytaxtın Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı Xocəvənd qəsəbəsi ərazisində yerləşən daş kəsimi sexlərindən birində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktı aşkar olunub.

Qeyd olunan daş kəsimi sexində işləyən M.Qaraşov və C.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin çirklənməsinin qarşısını alan avadanlıqları olmayan obyektlərin istismar edilməsi) maddəsi ilə protokollar tərtib edilib və hər biri 600 manat məbləğində cərimə olunublar.

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »