Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbhədən gələn həkim xanım: Evə gələndə uşaqlarım məni tanımadı
Elnurə Salmanova - Hekim

Cəbhədə əsgərlər qədər zəhməti olan peşə sahibləri həkimlərimizdir.Qələbəmizdə onların rolu əvəzolunmaz və danılmazdır.

Döyüş başlayan gündən gecəsini gündüzünə qatıb işləyən həkimlərimiz neçə-neçə igidlərin həyatını xilas edib.

Türkiyədən vətəninə, əsgərinə xidmət üçün könüllü olaraq gələn həkimlərimizdən birini siz də tanıyın.

Həkim Elnurə Salmanova 2 azyaşlı övladını qoyaraq yoldaşı ilə birgə Türkiyədən gələrək cəbhəyə xidmətə yollanıb. Həqiqətən də aslanın erkəyi dişisi olmaz.

Bizimyol.info Elnurə xanımla müsahibəni təqdim edi:

- Elnurə xanım necə oldu cəbhəyə yollanmağa qərar verdiniz?

- Sentyabrın 27-də gördük müharibə başlayıb. Bir neçə gün televizordan izlədik. İnana bilmirdik müharibənin başlamasına. Artıq 3 gün sonra gördük ki, çox ciddi şəkildə müharibə davam edir. Karantin dövrü olduğu üçün gəlib getmək mümkün deyildi. Biz fikirləşirdik görəsən necə gedə bilərik Azərbaycana kömək üçün. Sonra gördük ki, bir qrup yaradılıb. Kim könüllü getmək istəyirsə, oraya müraciət etməlidir. 1 günün icərisində müraciət etdim. Sağ olsun TƏBİB bizi təyyarə ilə Ankaradan Bakıya gətirdi. Sonra bizi bölgələrə böldülər. Mən əslən Füzuli rayonundanam və elə o bölgə də xidmət göstərdim.

Elnurə Salmanova - Həkim

- Füzuli rayonundan çıxanda sizin necə yaşınız var idi? O günləri necə xatırlayırsınız?

- Mənim 8-9 yaşım olardı Ermənilər bizə hücum etdi, lakin biz kənddən çıxmadıq. Sonra onlar Qubadlı, Zəngilan, Füzulini bir gündə ələ keçirdilər və biz mühasirədə qaldıq. İran sərhəddinə yığışdıq. İran sərhədləri açmırdı. Axırda gördü ki, insanlar qırılır və insafa gəldi sərhəddi açdı. İrandan keçib İmişli rayonu ərazisindən Azərbaycan sərhədlərinə daxil olduq. İran əgər sərhəddi açmasaydı, Füzuli Xocalıdanda betər olacaqdı deyə düşünürəm.

- 1 dəfə müharibənin içərisində olmuşdunuz, 2-ci dəfə eyni şeyləri yaşamaqdan qorxmadınız?

- Mən Allaha inanan insanam. Düşündüm qədərimdə varsa ölmək eybi yox, vətən sağ olsun.

- Öz canınızdan qorxmadınız. Bəs düşünmədiniz sizsiz övladlarınız necə olar?

- Atam,anam, qardaşlarım var övladlarıma baxan olar deyə düşündüm.

- Müharibənin içərisində olduğunuz müddət nə hisslər keçirirdiniz?

- Heç gözümüzdə qorxu yox idi. Hər gün yanımızda toplar, raketlər atılırdı. Bunlar hamısı bizə artıq adi bir şey kimi gəlirdi. İnanın bizim bunu düşünməyə vaxtımız olmurdu. Yaralılar gələndə heç bir şey hiss etmirdik. Adrenalin o qədər yüksəlir ki, sən ancaq kömək etmək üçün çalışırsan. O an əlin kəsilsə onu belə hiss etmirsən. Bəzən əlcək geyinməyə belə vaxt olmurdu.

Onları rentgenə çıxart, qəlpə varsa əməliyyatxanaya götür, yüngül qəlpə varsa sarğı otağında onu dəyiş. O qədər çox yaralı gəlirdi ki, artıq otaqlarda yer olmurdu. Məcbur olub koridorlarda antibiotiklərini, ağrıkəsicilərini vururduq.

- Ən təsirləndiyiniz anlar hansı anlar idi?

- Ən üzüldüyüm yer reanimasiya idi. Həyatı ilə vidalaşdığımız insanlar olurdu çünki orada. Çox duyqusal olurdum o an. Amma yenə də o, məni yıxmırdı. Yaralı gələndə biz sevinirdik artıq. Onlar gələndə ilk baxırdıq ki, başından zədə almış olmasın. Başqa hansı nahiyyə olur olsun xilas edə bilərik .

- Geri döndükdə yaxınlarınız sizi necə qarşıladı?

- Mən evə qayıdanda övladlarım məni tanımadı. Onlar düşünürdülər ki, mən qayıtmayacam artıq. Gəlişimə o qədər çox sevindilər ki. Şəhərə gələndə sakitçiliyə düşdüm və mən orda yaşadıqlarımı dərk etməyə başladım.

Leyla Mirzə

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »