Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: Biz düşmənin dağıtdığı Ağdamı bərpa edəcəyik
İlham Əliyev

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

Dövlət başçısı Ağdam rayonunun erməni işğalından azad edilməsi münasibətilə xalqı təbrik edib. O qeyd edib ki, Ağdam rayonun 70 faiz ərzisi 30 il ərzində işğal altında qalsa da, Azərbaycanda olan hissələrində 18 qaçqın şəhərciyi salınıb, Ağdam 93 min qaçqına ev sahibliyi edib. Bu gün Ağdamdan köçkün düşən sakinlərin 45 faizi öz rayonları ərazisində məskunlaşıb. Biz düşmənin dağıtdığı Ağdamı bərpa edəcəyik. Planlı şəkildə infrastrukturu bərpa edəcək, lazım olan bütün işlər görüləcək, vətəndaşlara öz torpaqlarına qayıtmaq üçün yardım ediləcək. Bizim bərpa işlərimiz artıq başlanılıb. Füzulidən Şuşaya yol çəkilməsi üçün ilkin olaraq 50 milyon manat ayrılıb. Gələn il bu vəsait artırılacaq. Bir neçə şirkət cəlb ediləcək ki, qısa müddət ərzində bu yol çəkilsin. Əvvəllər Şuşaya yol Ağdam - Xankəndi yolundan keçirdi. Hələlik bu yoldan istifadə mümkün olmasa da, qəbul edilmiş 3 tərəfli bəyannaməyə əsasən, müəyyən müddətdən sonra bu yol da açılacaq. Ağdamın işğaldan azad edilməsi bizim böyük hərbi və siyasi qələbəmizin nəticəsidir.

Qeyd edək ki, Qarabağın rayonları arasında ən çox əhalisi olan Ağdamın (204 min nəfər) ərazisi 1.15 min kv.km təşkil edir.

İlhamə

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
Son xəbərlər
Bütün xəbərlər »