Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: Ermənistan faktiki müstəmləkədir
İlham Əliyev

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

Dövlət başçısı Ağdam rayonunun erməni işğalından azad edilməsi münasibətilə xalqı təbrik edib. O qeyd edib ki, Ağdam I və II Qarabağ müharibəsində çoxlu sayda şəhid verib.

"Mən bütün şəhidlərimiz yad etmək istəyirəm, onların valideynlərinə müraciət edərək səbr arzu edirəm. Və təşəkkür edirəm ki, belə igid övladlar yetişdiriblər. Bizim əlillərimizin reabilitasiyası ilə bağlı göstəriş vermişəm. Onların hamısı öz normal həyatına qayıdacaq.

Bizim əsgərimiz qəhrəmanlıq etdi, Ermənistan ordusunda isə 10000 fərari qeydə alındı.Onların rəhbərləri əsgər payını satan oğrulardır.Ermənistan rəhbəri özü deyir ki, bu ölkəyə oğrular, quldurlar rəhbərlik edib. Son 2 il yarım ərzində bu ölkəyə kim rəhbərlik etdiyini bütün dünya gördü. Uğursuzlar.Ermənistan faktiki müstəmləkədir. Bu idimi onların gözləntiləri? Bu yalnız işğala görə baş verdi. İşğal onlara nə verdi? Siyasi müstəvidə rəzil oldulr, məğlyub edilmiş ölkə damğasıyala yaşayacaqlar",- deyə ölkə Prezidenti qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »