Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahid Əhmədov: Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz
Vahid Əhmədov - Deputat

Bir sıra dövlətlər noyabrın 10-da imzalanmış bəyanatı qəbul etmək istəmir. Dövlət başçısı bir daha dünyaya sübut etdi ki, Azərbaycan qalib dövlətdir”.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib ki, Bir sıra dövlətlər Prezidentimiz tərəfindən imzalanan bəyanatı qəbul etmək istəmirlər.

Hamımıza bəllidir ki, Fransa tarix boyu Ermənistanın yanında olub və onların mövqeyini dəstəkləyir. Ona gərə də Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz və Milli Məclis bununla bağlı xüsusi bəyanat qəbul etməlidir. Bunun üçün sənəd hazırlanaraq, ciddi işlər görülməlidir. Fransanın ATƏT-in Minsk Qrupu kimi həmsədrliyinin qəbuledilməzliyi bu sənəddə əksini tapmalıdır.

Millət vəkili təkliflə şıxış edərək, bildirib ki , Azərbaycan bayrağı Xocalıda, Xankəndidə, Xocavənddə dalğalansın. Bilirəm ki, vaxt lazımdır. Ancaq bu rayonlarda da tezliklə dövlət bayrağımızın dalğalanması üçün Prezidentimizlə, bərabər Milli Məclis də siyasi iradə ortaya qoymalıdır. Artıq bayrağımız Ağdamda , Laçında, Kəlbəcərdə dalğalanacaq".

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »