Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vilayət Eyvazov Ağdama komendant təyin etdi
Vilayət Eyvazov

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

“Hazırda rayon ərazisində müvafiq işlər aparılır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər. Həmçinin də işğaldan azad edilən ərazilərimizdə təyin edilən polis əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti komendant rejimində fəaliyyətini davam etdirir”, - DİN sözçüsü bildirib.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »