Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa Cənubi Qafqazda Rusiyaya və Türkiyəyə qarşı - Politoloqdan açıqlama
Fransa

Noyabrın 25-də Fransa Senatı, "Artsax Respublikasının" (DQ) tanınması zərurətinə dair qərar layihəsini səsverməyə çıxarır.

Bununla bağlı “Twitter”də Respublikaçı Bryuno Retayo məlumat paylaşıb.

Zaur Məmmədov Zaur Məmmədov

Bizimyol.info-ya açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Ermənistan məğlubiyyəti qəbul edə bilmir, Fransa isə Cənubi Qafqazda Rusiya və Türkiyənin güclənməsini istəmir.

“Çox təəssüflər olsun ki biz Fransanın ermənilərlə əlbir olaraq, Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışdığının şahidiyik. Bu, bölgədəki sülh razılaşmasına qarşı çıxmaqla təxribatları davam etdirmək deməkdir.

Ermənistan məğlubiyyətlə barışmaq istəmir. Fransanın istəyi isə geosiyasi cəhətdən Cənubi Qafqazda Rusiya və Türkiyə birliyinin daha da inkişafına mane olmaqla bölgəni yenidən müharibə alovuna çevirməkdən ibarətdir. Düzdür, Senatın qərarları tövsiyyə xarakteri daşıyır. Amma bu başqa ölkələrin parlamentləri üçün də presedent yarada bilər”,-deyə politoloq bildirib.

Ramid İbrahimov

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »