Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azəriqaz": Əsgərin adından sui-istifadə edənlər ordumuzun imicinə zərbə vururlar
Azəriqaz

Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov Ruslan Əmir oğlu tərəfindən redaksiyamıza şikayət daxil olub.

Bizimyol.info xəbər verir ki, əsgər ailəsi olduğunu iddia edən Həsrətov Ruslan Əmir oğlu 4 azyaşlı övladı ilə bu soyuqda qazsız qaldıqlarını və qaz çəkilməsi üçün onlardan 1200 manat pul tələb edildiyini bildirir. “Mən iki əsgərin ailəsi olaraq Azərbaycan dövlətindən kömək istəyirəm. Mən 4 azyaşlı uşağımla Göyçay rayonu Müskürlü kəndində acınacaqlı şəraitdə yaşayıram. Evimə qaz xətti olmadığı üçün qışda soyuqdan əziyyət çəkirik. Hansı ki, mövcud qaz xətti ilə evimizə qədər olan məsafə 100 metrdir. Buna görə evimizə qaz xəttinin çəkilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regioanal Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsi məndən 1200 manat pul istəyir.”,- deyə müraciətdə bildirib.

Məsələni araşdıqmaq üçün "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovla əlaqə yaratdıq. O, bildirdi ki, bu ailə ümumiyyətlə əsgər ailəsi deyil.

“Bu vəziyyətdən istifadə edənlər, Azərbaycan ordusunun imicinə çox iyrənc formada xələl gətirənlər var. Azərbaycan ordusu müqəddəsdir, adı ucadır. Amma bundan istifadə edənlər var. Həmin şəxsin qardaşları döyüşdə olub və onlar həmin evdə yaşamır. Döyüşdə olan qardaşının evindəki qaz problemini qabartmadan, öz evinin qaz məsələsini qabartmaq nə dərəcədə düzgündür?"

Ceyhun Səfərov qeyd edib ki, son günlər döyüşdə olan qohumlarının adından istifadə edən insanlar çoxalıb.

“Bu yaxınlarda Astarada belə bir ailə çəkdik, qoyduq. Yenə də bizi söydülər ki, əsgərə inanaq, yoxsa sizə inanaq. Lakin o ailənin evində ümumiyyətlə, yaşayış olmamışdı. Cəlilabaddan bir ailə şikayət etmişdi. Bildirirdi ki, “Qaynım şəhid olub. Qaynanam mənimlə qalır. Bizim illər ərzində yığılıb qalan 500 manat borcumuz var”. Şikayətçi özü həkimdir, stomotoloq işləyirdi. Bu nə dərəcədə düzgündür? Allah qaynına rəhmət etsin. Axı borc həmin qaynının yaşadığı evin borcu deyil. Qaynanan gəlib 2 aya sənin 500 manatlıq qazını işlətdi? Ayıb deyil belə söhbətlər? İnternetdə yayımlayırlar. Lakin heç kim işin digər tərəfini görmür. Düzdür, haqlı danışanlar da var. Həmin insanları qəbul edirik və məsələnin həlli üçün çalışırıq”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »