Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seulda koronavirusun üçüncü dalğası başlayıb
Koronavirus xəstələri

Koreya Respublikasının paytaxtı Seul şəhəri və ətraf bölgədə koronavirus epidemiyasının üçüncü dalğası başlayıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə və Rifah Nazirliyinin sözçüsü Yun Tae-ho brifinq zamanı bildirib.

O deyib ki, hazırda paytaxt regionunda infeksiyanın üçüncü dalğasının başladığı qənaətindəyik.

Sözçünün verdiyi məlumata görə, bu gün paytaxtda intensiv terapiya bölmələrinə yerləşdirilən ciddi xəstələr 84 nəfərdir. Ölkədəki 52 milyonluq əhalisinin yarısına qədərinin yaşadığı, yaxud işlədiyi paytaxt regionunda ötən gün 218 nəfər yoluxub ki, bu da avqust ayından bu yana ilk dəfə 200 nəfər həddinin keçilməsi deməkdir.

Koreya Xəstəliklərə Nəzarət və Önləmə Agentliyinə görə, ötən gün ölkədə 363 nəfər koronavirusa yoluxub. Üç gündür yoluxanların sayının 300 həddini keçdiyi qeyd olunur. Bütövlükdə pandemiya başlayandan bu yana Cənubi Koreyada 30 017 nəfər koronavirusa yoluxub ki, bunlardan 501 nəfər dünyasını dəyişib.

Baş nazir Çunq Sye-kyun əhalini kütləvi toplanış yerlərdən uzaq olmağa çağıraraq koronavirusun hazırkı yeni dalğası tez bir zamanda dəf edilməsə yeni daha sərt tədbirlərə əl atılmasının zəruri olacağını bildirib. Hökumət başçısı həmçinin ilin sonuna nəzərdə tutulan kütləvi yığıncaqların təxirə salınmasının, 60 və daha yaşlı vətəndaşların evdən çıxmamasının vacibliyini dilə gətirib.

Qeyd edək ki, noyabrın 13-dən etibarən ölkədə ictimai yerlərdə və nəqliyyatda maska taxmamaq və ya səhv taxmaq üstündə 100 min von (95 ABŞ dolları) məbləğində cərimə tətbiq olunur.

Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
Son xəbərlər
Bütün xəbərlər »