Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəhrəmanların bir vətəni, bir də bayraq sarılmış tabutu olur
Qutab

Azərbaycan! Bu doğma adı eşidəndə qürurlanıram, fərəhlənirəm, eyni zamanda beynimi iki sual narahat edir. Birincisi niyə azərbaycanlılar və türklər qədər vətənini canından çox sevən üçüncü bir millət yoxdur dünyada?

İkincisi niyə kasıb ailələrdə boya-başa çatan insanlar məmur ailələrində böyüyən insanlardan daha çox sevir vətənini? Bu suallara hər kəs fərqli-fərqli cavablar verə bilər. Mən bu sualın cavabını başqa yerdə tapdım. İşimlə bağlı rayona gedərkən. Yol kənarında, şəraitsiz yerdə, soyuq havada qutab bişirib satan iki ağbirçək ananın ailəsini, balalarını dolandırmaq üçün min bir əzab əziyyətə qatlanmasını görüncə suaıəma cavab tapdım.

Bizə vətəni sevdirən zəhmətkes, qayğıkeş qeyrətli, namuslu analarımızın verdiyi tərbiyədir. Övladlarını əzab əziyyətlə böyütməyidir. Əziyyət görməyən, var dövlət içində yaşayan insanlar vətən qədrini onlar qədər bilməzlər. Çünki kasıbın gedəcək başqa məmləkəti yoxdur. Ölsə də , qalsa da torpağına bağlıdır. Buna canlı sübut hazırda Qabağımızda vətən üçün döyüşənlər, min bir əzab əziyyətlə boya başa çatan igid qəhrəmanlarımızdır, böyük əksəriyyəti kasıb ailələrdə böyüyən oğullardır. Şəhid tabutu uzərində boynu bükük gözü yaşlı dik durmağa çalışan kasib analar və atalardır. 30 il ərzində bəlkə kimsə görüb hansısa məmurun oğlu Azərbaycanın şanlı bayragi ilə üzlənmiş tabutda gəlsin evinə? Heç arzulamıram da. Bilirəm, bu dediklərim çox adamın xosuna gəlməyəcək, amma reallıq budur. Allah bütün Azərbaycan, türk balalarını qorusun, fərqi yoxdur məmur balası, kasıb balası hamsı bizimdir, amma vətəni sevmək lazımdır, vətən üçün candan keçməyə hazır olmaq lazimdır çünki bura bizim vətəndir, vətən ana deməkdir . Başqa anamız olmadığı kimi, başqa vətənimiz olmayacaq. Olsa da ögey olacaq.

Tural QocaTural Qoca

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »