Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni nazir uğursuz PUA sınağına görə istefa ərizəsi yazıb
İrəvan, Ermənistan

Ermənistanda pilotsuz uçana aparatların sınağı baş tutmadığı üçün ölkənin nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan bu yaxınlarda istefaya göndəriləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb.

“Müharibə zamanı çoxlu maraqlı hadisələr və uğursuzluqlar baş verib. Onları yavaş-yavaş öyrənəcəyik. Hökumətin bəzi məmurları döyüş zamanı təcrübə keçirməyə cəhd göstərib. Onlardan biri də nazir Akop Arşakyan olub. O, Gorusda PUA-nın sınağını keçirmək üçün özü ilə çoxlu sayda adam aparıb. O, PUA-nı kamera və insanların gözü qarşısında havaya qaldırsa da, bir neçə metr qalxdıqdan sonra PUA yerə düşüb. Məsələ ilə bağlı nazirlikdən şərh vermədiklərini bildiriblər”, - məqalədə qeyd olunub.

Bildirilib ki, A.Arşakyan artıq istefa ərizəsi yazıb və məsələ bir neçə günə öz həllini tapacaq.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
Son xəbərlər
Bütün xəbərlər »