Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seneqalda 100-dən çox adam mənşəyi bilinməyən xəstəliyə tutulub
Afrikada mənşəyi bilinməyən xəstəlik

Seneqalın qərbində 100-dən çox balıqçı hələ də mənşəyi bilinməyən xəstəliyə tutulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli “Dacar Actu” qəzeti məlumat dərc edib.

Epidemiya ölkənin paytaxtı Dakar yaxınlığında yerləşən Rufisk və Mbour liman şəhərləri arasında yayılıb.

Xəstəlik dəri örtüyü üzərində qaysaq şəklində özünü büruzə verir. İlkin ehtimallara görə, naməlum xəstəliyin mənbəyi açıq dənizdə yaranıb. Çünki xəstəliyə yoluxanların hamısı balıq ovuna çıxanlardı.

Yoluxanlar Rufisk şəhər stadionunda yaradılmış xəstəxanaya yerləşdirilib.

Rufisk bələdiyyə başçısı regional tibb xidmətin rəisi və balıqçılıq sənayesinin mütəxəssislərinin iştirakı ilə təcili iclas keçirib.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »