Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Apple” köhnə modellərə bilərəkdən problem yaratdığına görə milyonlar ödəyəcək
Apple

“Apple” köhnə modellərinin işləməsində bilərəkdən yubatma yaratmasıyla bağlı məhkəmə mübahisəsində razılaşma əldə edib.

Məşhur şirkət məsələnin qapanması üçün 113 milyon dollar ödəyəcək.

Bizimyol.info xəbər verir ki, “iPhone” telefon modellərinin köhnə versiyalarının işindəki yubanma “Apple” şirkətinə milyonlara başa gəlib. Məhkəmə problemin bilərəkdən yaradıldığını müəyyənləşdirib. “Apple” Kaliforniya ştat prokurorluğu ilə razılıq əldə edərək, daha böyük zərərdən qurtarmağa çalışıb.

“Apple” müştərilərə konkret vəsait ödəməyəcək. Həmin məbləğ şirkətin filiallarına müştərilərə uyğun xidmət və məhkəmə gecikmələri üçün ayrılacaq.

Hələ iyulda ABŞ-ın Arizona ştatında köhnə “iPhone” modellərinin iş yükünün azalmasıyla bağlı istintaqa başlanılmışdı. Bundan sonra İtaliya da bilərəkdən problem yaratma iddiasını ortaya qoyub şirkətdən 10 milyon dollar almışdı.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »