Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qar yağdı - Foto
Azərbaycana qar yağdı - Foto

Bu gün Şamaxı rayonuna qar yağıb.

APA-nın xəbərinə görə, rayon mərkəzinə 3-5 sm, dağlıq ərazilərə isə 10-15 sm hündüryündə qar düşüb.

Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına səbəb olacaq.

Azərbaycana qar yağdı - Foto

Səhər saatlarından Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Texinikalar vasitəsi ilə yol təmizlənib. Yola qum-duz qarışığı tökülüb.

Hazırda magistral və kənd yollarında hərəkət normaldır.

Şamaxı ərzisində gecə saatlarında şaxta və dumanlı hava olacaq, yollar buz bağlayacaq, bu səbəbdən yola çıxan sürücülərin ehtiyatlı olmaları tövsiyə olunur.

Son xəbərlər
Bütün xəbərlər »