Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ordumuzun qəhrəmanlıq salnaməsi dərsliklərə salınacaq - Ekspertdən açıqlama
Elçin Əfəndi

Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insanımıza, şəhidlərimiz və qazilərimizə böyük sevgi borcumuz var. Bu məsələ təhsilimizin məzmununda bu həm forma, həm də ayrı-ayrı hekayələrlə öz əksini tapacaq.

Bununla bağlı Təhsil naziri ayrıca əmr imzalayıb. Bu əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq. Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən Müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya bildirib ki şagirdlərin milli vətənpərvərlik hissinin yüksək tutulması üçün şəhid və qazilərin hekayələrinin dərsliklərə salınması önəmlidir.

“Bu, gələcək nəsillərin yetişməsi üçün mütərrəqi addımdır. Şəhid olan müəllimlər haqqında Təhsil Nazirliyinin informasiya resurslarında və sosial şəbəkələrdə məlumatlar verilir. Eləcə də, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməmişdən öncə Qarabağda işləmiş müəllimlər haqqında da məlumatlar verilir.

İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilər və şəhidlər haqqında məlumatlar araşdırılır. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”,-deyə təhsil eksperti bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »