Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya şöhrətli tekstilçimiz: Hamınızı Şuşadakı evimizdə qonaq gözləyirəm
Şuşa şəhəri

Fuad Qəmbərli Şuşada doğulub, 12 yaşına qədər Şuşada böyüyüb. Əsli- nəcabəti şuşalıdır. Ulu babası şuşalı məşhur Əsəd bəy olub. Xeyriyyəçiliyi ilə tanınıb. Ana babası isə məşhur Qoçu Qara Hüseyin imiş. Sora taleyinə doğma şəhərindən köçkün düşmək yazılıb. Fuad Qəmbərli dövlət xətti ilə İstanbulda təhsil alıb. Prezident Təqaüdçüsü olub. 7 dil bilir. 2011-2015-ci illərdə Azərsu ASC-də kadr şöbəsinin rəisi vəzifəsində çalışıb. Hazırda Türkiyədə iş adamı kimi fəaliyyət göstərir. Məşhur kişi geyimləri brendi Alberto Salvadorenin sahibidir.

- Fuad bəy, Şuşanın azad edilməsi xəbərini harda aldınız, nə reaksiya verdiniz?

-Beynəlxalq konfransdaydım, natiqin Qarabağ həqiqətləri barədə danışdıqlarını ingilis dilinə tərcümə edirdim Bu xəbəri verən şəxs hərbiçiydi, dövlət başçısından bir gün öncə deyildi bu xəbər mənə. Qəhərləndim, tərcümə edə bilmədim. Elə vəziyyətdəydim, bir anlıq nə düşünəcəyimi bilmədim. Amma emosiyalarımı ələ almalıydım. Atamın bu xəbəri eşitməsini isə sadəcə görmək lazım idi. O dillə deyilməz. Kişilərin vətən həsrəti ilə, dustaq vətənin azad edilməsi xəbəri ilə hönkür- hönkür ağlamasını düşünün.Mən övladlarıma da təlqin etmişəm ki, siz şuşalısınız, qızım hər yerdə fəxrlə şuşalı olduğunu söyləyir.

Fuad Qəmbərli Fuad Qəmbərli

- Hər elin, hər obanın insanlarnın onları birləşdirən bir xüsusiyyəti olur. Şuşalıları bir sözlə necə xarakterizə etmək olar?

- Babamın bir sözü heç yadımdan çıxmaz. Həmişə deyirdi ki, Şuşadan namərd çıxmaz.Şuşalılar mərd adamlar olurlar. Mən bunu bilirəm, buna inanıram.

- Dediniz bəy nəvəsi olmusuz. Babanızın Şuşada mülkü varmı?

- Bəli var. Şuşalılar bilir, orda yaşayanlar özərinə qalada yaşayanlar deyirlər. Şuşa qalasının içərisində 3 mərtəbəli bir evimiz vardı. 50-60 adam rahat sığar içərisinə. Bildiyimə görə, içərisində yaşayış olub , dağıdılmayıb. İnşallah gələn il kim istəyir, Şuşada babam evində onu qonaq edəcəm. Buyurub hamı gəlsin, bütün azərbaycanlıları Şuşadakı evimizdə qonaq gözləyirəm.

- Fuad bəy, bir qədər də sizin sahibkarlıq fəaliyyətinizdən danışaq.

- Bizim məhsullarımız Ermənistan və Yunanıstandan başqa dünyanın bütün ölkələrinə topdan satış edilir.Kişi geyimləri mağazam var.Markamın adı Alberto Salvadoredir. İtaliya və Fransa ilə müqaviləli, patentli markadır. Bu il istisna olmaqla həmişə işlərimiz yaxşı gedib. Pandemiyaya görə bu il durğunluq yaşadıq.2020-ci ildə Bakıda da satış mağazamızın olmasını planlayırıq. Biz adətən mağazaları icarəyə götürmürük, satın alırıq, öz mükümüz olur. Buna görə də, məhsullarımızı başqa marklara nisbətən ucuz sata bilirik.

-Ortağınız var?

- Bəli, türkiyəli iş ortağım var. O istehsalla məşğuldur, mən satışla.Türkiyədə 8 topdan və pərakəndə satış mağazamız var.Keyfiyyətli və ucuz məhsul istehsal edirik. Əsla II dərəcəli məhsua yol vermirik. Marka olmaq asandır, onu qorumaq çətin.

- Kostyumların parçasını da istehsal edirsiz?

- Yox. Türkiyədə parça istehsalı yüksək səviyyədədir, ona girişmədik. Amma özümüzə aid 24 növ xüsusi parçamız var ki, bizdən başqa heç kimə verilmir.Məsələn Altınyıldız adlı parça var ki, qırışmır, əyilmiz, əzilmir, oturanda diz yerləri çıxmır, rəngi dəyişmir,100 fazi yundur, amma toxunanda pambığı xatırladır.Toxunuşu fərqlidir, incə və sıxdır.

- Nə üçün yalnız kişi geyimlərinin istehsalı? Qadınlar alış- verişə dagha çox meyillidirlər axı?

-Türkiyə bazarında qadın tekstili çox inkişaf edib. Burda rəqabət daha güclüdür. Ona görə kişi geyimləri ilə kifayətləndik.Bacarardıq, amma bilinən bir marka olmaq daha çətin olardı. Kişi markası olmaq daha tez və əlverişli oldu.Təkcə İstanbulda 15 rəqibimiz var.İtaliyada 5 marka üçün fason tikirik.Georgi Armani ilə işləyirik.Bu marka kişi geyimlərinin 25 faizinin tikiş və parçasını biz təmin edirik.

- İtaliya və Fransa kimi keyfiyyəti ilə ad qazanmış ölkələrdə məhsullarınız seçilib, tanınırmı?

-Bəli.İtaliyada təscilli (sənədli, sübutlu, müqaviləli) markayıq.Hər il sərgilərdə stand açıb məhsullarımızı sərgiləyirik. Milanda hər il keçirilən 2 dünya səviyyəli sərgidə mütləq iştirak edirik.Bu sərgiyə hər kəs girə bilmir.

-Azərbaycanda tekstili ən yüksək səviyyəyə çatdırmaq üçün neyləmək lazımdır?Məsələn bizdə gözəl kostyular tikilir, amma onları İtaliy, Çin, Türkiyə brendi ilə satırlar. Halbuki öz markamızı yarada bilərdik.

-Bunun üçün birinci növbədə yüksək texnologiya lazımdır. Bizdə o yoxdur. Məsələn biz Altınyıldız parçasının tikişi üçün aldığımız xüsusi aparatı 4milyon 800 000 avroya almışıq. Hələ də kreditini verib qurtarmamışıq.Fabrikə ondan 3 ədəd almışıq Amma bu özü artıq yüksək keyfiyyətdən xəbər verir. Həm markanı qorumaq lzımdır. Məsələn, Georgi Armani sərgidə bizim parçaları seçib deyir filan fasonu tik. Biz tikib göndəririk, amma ona öz markamızı vura bilmərik. Sifariş onundur, o öz etiketini tikəcək.Malın keyfiyyətini yoxladıqdan sonra etiketləyir.Mənim fabrikimdən Georgi Armani, Dolce & Gabbana markası ilə çıxan bir dənə mal tutsalar onun çox böyük cəza verilər. Bizdə bu inkişaf etməyib.İstanbulda 3 fabrik bu cinayəti işlədi, üçünü də cəzalandırdılar, beynəlxalq hüquq qaydalarına ziddir. Xatırladığıma görə Stefano Ricci onun adından istifadə edən fabrikə 15 milyon dollarlıq təzminat davası açdı, fabrik qarşılay bilmədiyi üçün fabrikini markaya verməli oldu. Mən bizdə ayaqqabı fabriki açmaq istəyirdim. Ustalarımız güclüdür. Mənim ayaqqabı istehsalım da var. Model və dərini özüm seçirəm, sifariş verirəm. Hər markanın öz satış mağazası var. Sifarişçi mağaznda malı görüb ondan müəyyən sayda sənə sifariş edir, hazırlayıb verirsən. İş belə qurulur. Bizdə tekstil işi bu səviyyəyə çatsa, ölkəmizə böyük faydası toxunar, Azərbaycan brendi yüksələr.

- Mən sizə gələcəkdə Şuşa brendini məşhurlaşdırmağı arzulayıram.

- Şuşanın özü, adı artıq brenddir. Biz də inşallah bu brendlə dünyaya qapılarımızı açarıq.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »