Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni general: “Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatlarının 100 %-i yalan idi”
Movses Akopyan

“Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 %-i keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 %-i yalan idi”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib.

Onun sözlərinə görə, 44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb:

“Yaranmış vəziyyətə görə hələ oktyabrın 5-də Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa vermək qərarına gəldim, lakin döyüşlərin qızğın dövrü olduğuna görə qərarımı açıqlamadım”, - o qeyd edib.

Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib.

Paylaş »
››› Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »