Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər kəs bu və ya digər formada COVİD-19-a tutulacaq” - Həkim
Koronavirus xəstələri

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin rejimi sərtləşdirilir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən həkim-farmakoloq Müşfiq Hüseynov bildirib ki, hər kəs bu və ya digər formada COVİD-19-a tutulacaq.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Hələ iyun ayında, havaların soyuqlaşması ilə payız aylarında COVİD-19-un ikinci dalğasının olacağı proqnozlaşdırlırdı. Proqnozlaşdırılan real oldu.

Bütün dünyada xəstələrin sayı sürətlə artır. Avropa və bizim region da sürətlə zirvəyə yaxınlaşır. Rusiyada ilk dəfə Moskvada qapanma haqqında fikirlər səslənir, qardaş ölkə Türkiyədə “qırmızı” bölgələrin sayı artıb, hətta İstanbul kimi meqapolisdə bəzi qısıtlamalar dövrəyə girib, Ukraynada yoluxanların gündəlik say on minlərə çatıb.

Azərbaycan da zirvəyə irəliləyir. Xəstə sayı kiçik ölkə üçün çox böyükdür. 2500-ü gördük, 3000 olacağı belə istisna deyil. Əgər test yoxlaması kütləvi keçirilsə, əmin olun ki, bu say 5000 də olar, 10000 də. Minlərlə insan virusu simptomsuz keçirdir. Bir o qədər də insan yüngül simptomlarla evlərdə müalicə alır”,-deyə M.Hüseynov bildirib.

Həkim qeyd edib ki, koronavirusa yoluxmaların kütləvi artım səbəblərini artıq hər kəs bilir: “Buna səbəb maskasız gəzmək, gigiyenik qaydalara əməl etməmək və sosial məsafənin təmin edilməməsidir. Bura havaların soyuqlaşması ilə aspirator xəstəliklırin mövsümi artışı da əlavə edin.

Amma biz insanıq, ailəmiz, dostlarımız, müəyyən adətlərimiz, işimiz var. Bütün qaydalara tam əməl etmək mümkün deyil. Məsələn, metro bağlıdır, amma avtobusda heç kim sosial məsafə gözlənilmir. Bu mümkün də deyil. Bundan başqa, qələbə nümayişi günü insanların kütləvi şəkildə meydanlara axışması, son günlərdə şəhidlərimizin dəfnində baş verən kütləvilik səbəblərdən bəziləridir. Bunlar faktdır.

Amma artıq bütün qaydalara ciddi əməl edənlərin xəstələnməsi halları da var. Bu da onu göstərir ki, birincisi, tam qorunmaq üçün hər şey bitənə kimi bunkerə girmək lazımdır, yəni mümkün deyil. İkincisi, qorunmaq ona görə lazımdır ki, orqanizmimiz virusu az dozada qəbul edib, yüngül simptomlarla keçirtsin.

Hər kəs özünü qorumalıdır. Çünki, başqa şans artıq qalmayıb. Kütləvi yoluxma və virusun yayılmasının zirvəyə yaxınlaşması periodik haldır. Ola bilər ki hökümət yenə “qapanma”ya gedər və SMS icazə sistemi bərpa oluna bilər. Müvəqqəti ola bilər. Səhiyyə sisteminin çökməməsi üçün buna ehtiyac yarana bilər. Düşünürəm ki, 2 həftəlik qapanma səhiyyənin yükünü azalda bilər. Əhali buna hazır olsa yaxşıdır. Ehtimal çox yüksəkdir.

İstənilən halda, ilk peyvəndlərin ölkəyə ən yaxşı halda fevral-mart aylarına gətirilə biləcəyini və bu sayın qısıtlı olmasını nəzərə alsaq, başqa çarə qalmır. Görünən odur ki, pandemiya vəziyyəti ən tezi marta kimi bizi müşaiyət edəcək.

Qısa desək, hər kəs bu və ya digər formada COVİD-19-a tutulacaq. Bundan qaçış yoxdur. Amma özümüzü maksimum qoruyub, simptomsuz və ya yüngül formada keçirmək öz əlimizdədir”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »