Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaqut Qarayeva: Bizə cəmiyyətin dəstəyi lazımdır
Yaqut Qarayeva

“Biz Vətən Müharibəsi dövründə iki cəbhədə vuruşmuşuq”.

Bizimyol.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, həkimlər hər iki cəbhədə ciddi şəkildə mübarizə aparıblar: “Bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyon nəfəri keçib, 39 milyondan çox insan sağalıb, 1 milyondan çox insan həyatını itirib”.

TƏBİB-in departament müdiri qeyd edib ki, Azərbaycanda yoluxmanın gündəlik səviyyəsi 2 mini ötüb: “Səhiyyə sistemi yüklənir. Ötən dövrdə 10-dan çox modul tipli xəstəxana açılıb, həkimlərimizin ixtisası artırılıb, xaricdən həkim briqadaları gəlib. Ancaq bu tendensiyanın davam etməməsi lazımdır. Hər bir ölkə kimi bizim ölkəmiz bu yükün altında əziyyətə düşür. Biz hələ də müharibədə döyüşmüş əsgərlərimizə qulluq edir, iki cəbhədə mübarizə aparırıq. Ona görə də bizə cəmiyyətin dəstəyi lazımdır. Müharibədə gördük ki, xalqımız bir ola, bir yerə yumruq vura bilir”.

Y.Qarayeva deyib ki, Dünən 2239 nəfər koronavirusa yoluxub, 1217 nəfər sağalıb: “Yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər. Bu gün artıq biz 13 min test apara bilirik, əvvəllər bu rəqəm 5 min ətrafında idi”.

TƏBİB-in departament müdiri qeyd edib ki, yoluxmanın artması nəticəsində gündəlik ölənlərin sayı da 25 nəfərə çatır.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »