Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: “Kəlbəcərdən əhali kütləvi şəkildə Ermənistana gedir”
Kəlbəcərdən çıxan ermənilər meşələrdə ağacları kəsib, Ermənistana daşıyırlar - Video

“Kəlbəcər rayonundan əhali kütləvi şəkildə Ermənistana gedir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, noyabrın 14-dən Dağlıq Qarabağa üç mindən çox insan qayıdıb: “Onların sayı 3 054 nəfərdir”.

Rusiya XİN-in rəsmisi bildirib ki, noyabrın 13-dən 382 nəfərin meyiti təhvil verilib və bu rəqəm hər iki tərəfi əhatə edir”.

M. Zaxarova ölkəsinin bu istiqamətdə ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırdığını qeyd edib: “Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO kimi təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Noyabrın 17-də Rusiya XİN başçısı Sergey Lavrov Moskvada BQKX prezidenti ilə hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsi məsələsini müzakirə edib. Hesab edirik ki, BQXK Dağlıq Qarabağda baş verən humanitar nəticələrin aradan qaldırılmasında vacib rol oynaya bilər”.(apa)

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
Son xəbərlər
Bütün xəbərlər »