Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada karantin rejimini pozan şəxslər cərimə olundular
Polis - Cərimə

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Bizimyol info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Zöhrab Abdullayev və orada olan 17 müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, sahibi Rəhman Süleymanov və orada çalışan iki işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »