Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatın köməkçisi şəhid ailələrinə göndərilən hədiyyədən danışdı
Deputatın Şəhid Aqil Məlikovun ailəsinə göndərdiyi

Bu gün sosial şəbəkələrdə deputat Rafailov Anatoliy Xaimoviçin şəhid ailəsinə göndərdiyi sovqat müzakirə mövzusuna çevrilib.

Deputatın köməkçisinin Bizimyol.info-ya verdiyi məlumata görə, bu sovqatda məişət məhsulları ilə bərabər qida məhsulları da olub. “Deputat sadə bir insandır, cərrahdır. 1-ci Qarabağ müharibəsində 12-14 saat ardıcıl əməliyyat apararaq yaralıların həyatını xilas edən bir insandır. O, iş adamı deyil. Onun imkanları yoxdur. İş adamları deputata təklif etdi ki, şəhid ailələrinə yardım edək. Deputat da bununla razılaşdı. Bu yardım 2 cür olub. Həm qida məhsulları, həm də məişət məhsulları. Həmin yardımda 15-16 kq-lıq düyü, yağ, xurma, kanfet, çay və s. , digər bağlamada isə məişət məhsulları olub.

Rayonlara yollar bağlı olduğu üçün deputat şəhidlərin dəfnində iştirak edə bilməyib. Rayondakı köməkçi, Ağsaqqallar Şurasının sədri şəhidin dəfnində iştirak edib və deputatın adından baş sağlığı verib”,- deyə o bilirib.

Qeyd edək ki, şəhid ailəsi sosial şəbəkələrdə onlara göndərilən parfumeriya məhsullarının onlar üçün təhqir olduğunu bildirirlər.

Leyla Mirzə

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »