Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus ekspert: "Qarabağın statusu yoxdur, Azərbaycan ermənilərə nə versə, onu alacaqlar"
Xankəndi

"Qarabağda sülh indi daha dayanıqlı olacaq. Çünki Qarabağda sabitlik indi hamıya sərfəlidir. Azərbaycan qalib gəldi və bunu dəyişmək olmaz".

Bu fikirləri Bizimyol.info-ya rusiyalı hərbi ekspert Pavel Felqenhauer səsləndirib.

Hərbi ekspert Türkiyə sülhməramlılarının da Qarabağda iştirakından danışıb. "Onlar yəqin ki, Qarabağda olacaqlar. Azərbycan istədiyi ölkəni öz suveren ərazisinə dəvət edə bilər, buna haqqı var. Onlar Azərbaycana aid ərazilərdə dayansa, kimin buna nə deməyə haqqı var?".

Pavel Felgenhauer Pavel Felgenhauer

Felqenhauer Rusiyanın bu savaşda əldə etdiyi qazanc barədə sualı cavablandırarkən qeyd edib ki, Paşinyanın bu savaşdan sonra Rusiyaya meyllənməsi, söz eşitməsi özü uğurdur. "Qarabağın dinc əhalisinə gəlincə, ölkə başçısı da bildirib ki, Azərbaycan vətəndaşı olan ermənilər Qarabağa qayıda bilərlər. Bu uzun prosesdir, infrastruktur qurulmalıdır, evlər tikilməlidir. Erməni əhali işğal etdiyi ərazini tərk etməlidir. Onların heç bir statusu yoxdur, Azərbaycan nə versə, onu da alacaqlar. Azərbaycanın hansısa rayonunda onlar daha kompakt halda yaşayacaqlar. Müharibə zamanı ermənilərin çoxu ordan çıxıb gedib. Qayıdacaqlar ya yox? Bu artıq başqa məsələdir. Hələ ki, bu barədə danışmaq mümkün deyil",- deyə ekspert qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
››› Türk hərbçiləri Ağdamda...
Son xəbərlər
Bütün xəbərlər »