Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat şəhid anasına başsağlığı yox, ətir, şampun göndərdi - Foto
Şəhid Aqil Məlikov

Şəhid ailəsinə deputatın göndərdiyi “sovqat” hamının təəccübünə, şəhid ailəsinin isə qəzəbinə səbəb olub.

Şəhid Aqil Niyaz Oğlu Məlikovun yaxınları Bizimyol.info-ya biliriblər ki, deputatın göndərdiyi sovqat onlar üçün təhqirdir.

“Dayım Azərbaycan Silahlı Qüvvələrinin Kapitanı şəhid Aqil Niyaz Oğlu Məlikov, Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə ermənilərin açdığı artileriya atəşi nəticəsində Qaraxanbəyli kəndində şəhid olmuşdur.

Deputatın Şəhid Aqil Məlikovun ailəsinə göndərdiyi "sovqat"

Şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı olan, Rafailov Anatoliy Xaimoviçin şəhid ailəsinə göndərdiyi “anlamlı” üzrxaqlıq sovqatı bizi çox məyus edib. Bu tək bizə yox, Qubada 40-dan çox ailəyə göndərilib. Bu sovqatda duş geli, tester ətirlər, antibakterial gel, tester şampunlardır. İçərisində düyü və makaron da var idi. Bu şəhid ailəsinə olan hörmətsizlikdir. Şəhid anasına deputat nə adla ətir göndərib? Hətta mən bunu ictimailəşdirəndə çox şəhid ailəsi mənə yazdı ki, sizdə hələ yaxşıdır. Bizə kapron corablar göndəriblər. Biz həmin “sovqatı” bələdiyyə işçiləri ilə geri göndərdik. Lakin deputatın köməkçisi yenidən gəlib və bildirib ki, xahiş edirik götürün bu şəhid sovqatını, biz özümüzü yaxşı hiss etmərik siz götürməsəniz”,- deyə bildirib.

Deputatın köməkçisinin Bizimyol.info-ya verdiyi məlumata görə, bu sovqatda məişət məhsulları ilə bərabər qida məhsulları da olub. “Deputat sadə bir insandır, cərrahdır. 1-ci Qarabağ müharibəsində 12-14 saat ardıcıl əməliyyat apararaq yaralıların həyatını xilas edən bir insandır. O, iş adamı deyil. Onun imkanları yoxdur. İş adamları deputata təklif etdi ki, şəhid ailələrinə yardım edək. Deputat da bununla razılaşdı. Bu yardım 2 cür olub. Həm qida məhsulları, həm də məişət məhsulları. Həmin yardımda 15-16 kq-lıq düyü, yağ, xurma, kanfet, çay və s. , digər bağlamada isə məişət məhsulları olub.

Rayonlara yollar bağlı olduğu üçün deputat şəhidlərin dəfnində iştirak edə bilməyib. Rayondakı köməkçi, Ağsaqqallar Şurasının sədri şəhidin dəfnində iştirak edib və deputatın adından baş sağlığı verib”,- deyə o bilirib.

Leyla Mirzə

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »