Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsə bilər - Politoloqdan açıqlama
Politoloq Fərhad Mehdiyev

Noyabrın 25-də Fransa Senatı, "Artsax Respublikasının" (DQ) tanınması zərurətinə dair qərar layihəsini səsverməyə çıxarır.

Bununla bağlı “Twitter”də Respublikaçı Bryuno Retayo məlumat paylaşıb.

Bizimyol.info-ya açıqlama verən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, bu sənədin Fransa Senatında qəbul olunması zərurəti yoxdur.

“Fransa Senatının belə qərar verməsi beynəlxalq hüquqa, eləcə də də bu ölkənin maraqlarına ziddir. Bu, erməni lobbisinin təsiri altında olan bəzi siyasətçilərin hərəkətidir- həmin siyasətçilər ermənilərə “Baxın, biz əlimizdən gələni etdik” demək istəyirlər. Düzdür, bu həmin parlamentdir ki qondarma “erməni soyqırımı”nı tanıyıb.

Senatın belə bir qərarı olacaqsa, bu, Fransa dövləti ilə Azərbaycanın bütün diplomatik əlaqələrinin kəsilməsi anlamına gələcək”,-deyə F.Mehdiyev bildirib.

Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri arasında ancaq Rusiyanın Ermənistana və Azərbaycana təsir imkanları var: “Ona görə də atəşkəs bəyanatı ancaq Rusiyanın iştirakı ilə imzalandı. ATƏT-in Minsk qrupunun həmsdər ölkələri olan ABŞ və Fransa sadəcə Cənubi Qafqazda Rusiyanın güclənməsini istəmir. Ona görə də bu ölkələr danışıqlar prosesində həmsədrlik institutunun iştirak etməsini istəyirlər. Mən düşünürəm ki neytrallığını qorumayan və açıq-aşkar Ermənistanın lehinə mövqe nümayiş etdirən Fransa həmsədrlikdən çıxmalıdır. Başqa formatda danışıqlar davam etməlidir”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
Son xəbərlər
Bütün xəbərlər »