Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Füzuli şəhərinə mediatur təşkil olunub
Füzuli şəhəri

İşğaldan azad olunan ərazilərə mediatur təşkil olunub

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Füzuli ərazisində olublar.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Musa Məmmədov jurnalistlərə oktyabrın 9-da gecə saat 10-11 radələrində Füzuli rayonu ərazisinə düşən Toçka-U sisteminin 9M-79 raketi barədə məlumat verib.

O bildirib ki, raketin maksimum uçuş məsafəsi 120 km-dir. Həmin vaxt düşmən müdafiəsinin dərinliklərindən həmin vaxt bu əraziləri vura bilib. Raketin təyinatı əsasən, canlı qüvvə, komunikasiya və vacib obyektlərin məhv edilməsidir:

“Raket öz təyinatı üzrə yerə düşməyə 20 metr qalmış havada partlayır. 14 500 ədəd yarımhazır qəlpələri var ki, onlar 2-3 hektar ərazidə məhvetmə qabiliyyətinə malikdir. İçərisində 162,5 kq partlayıcı var. Bu ərazi həm mülki əhalinin istifadə etdiyi əsas yolun yaxınlığıdır. Həmçinin geridə yaşayış məntəqələri var. Bu raket yaşayış ərazilərinin üstündə partlasaydı, böyük fəsadlara yol açacaqdı. Xoşbəxtlikdən mülki əhalinin zərər çəkməsi barədə məlumat daxil olmayıb”.

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »