Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şirvan xəstəxanası yayılmış yaralı əsgər siyahısı barədə açıqlama verdi
Xəstəxana

Müharibə bitdikdən sonra hələ də döyüşdə iştirak edən yaxınları ilə əlaqə saxlaya bilməyən ailələr var. 9 gündür əsgər ailələri itkin düşən ballarından xəbər ala bilmir, həyəcanla müxtəlif yollar axtarırlar.

Müdafiə nazirliyinin bu işi təcili şəkildə qaydaya salması lazımdır. Çünki yaxınlarından xəbər ala bilməyən insanlar bilmirlər hansı qurumlara üz tutsunlar və sosial şəbəkələrdə ciddiliyinə şübhə olan müxtəliq qruplar, səhifələr yaralı və itkin əsgər siyahıları dərc edirlər. Bu eyni zamanda düşmənin də dəyirmanına su tökür.

Bizimyol.info xəbər verir ki, “Facebook” sosial şəbəkəsində yaxınlarını axtaran insanlar müxtəlif qruplar yaradıb. Bu qruplarda əsgərlərin şəkillərini paylaşaraq, "bir gördüm deyən olacaqmı?" ümidilə gözləyirlər.

Son bir neçə gündür Şirvan şəhər Mərkəzi xəstəxanası ilə bağlı məlumatlar da yayılıb. Məlumatda xəstəxanada yatan xəstələrin ad, soyadları və təvəllüdləri qeyd olunmuş siyahı dərc edilib.

“Paylaşın! itkin düşmüş insanların yaxınları siyahını oxusun. Axtardığı əsgərin adı həmin siyahıda ola bilər. Bəzi əsgərlər var ki, yaddaşını itirib və heç kəsi xatırlamırlar”, -deyə paylaşımda bildirilir.

Məlumatla bağlı Şirvan şəhər Məkəzi xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxana işçiləri bildirdi ki, orada ümumiyyətlə huşsuz vəziyyətdə xəstə olmayıb. “Bu yayılan məlumat tamamilə yalnışdır. Dezinformasiyadır. Bizdə olan yaralı əsgərlərin huşları yerindədir və hamısı ailəsi ilə əlaqə saxlaya bilir. O yayılan siyahıda bütün əsgərlərin adı, soyadı, təvəllüdü qeyd edilib. Onlar necə huşsuz vəziyyətdə olsalar bu məlumatları necə verə bilərdilər? O xəstələr sağlam vəziyyətə olan xəstələrdir və 90 faizi artıq xəstəxanadan çıxıb. Əksəriyyəti hərbi hisslərə və ya ailəsinin yanına qayıdıb. Bizdə ümumiyyətlə huşsuz vəziyyətdə xəstə olmayıb. Dövlət Təhlükəsizlik orqanları bu yalnış məlumatı yayanları axtarır”.

Leyla Mirzə

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »