Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xalqın ruh düşkünlüyü yaşaması müəyyən dairələrə sərf edir”
Türkiyə Ordusu

“Türkiyə ilə Azərbaycan qardaş ölkələrdi. Azərbaycan istənilən zaman Türkiyə hərbçilərinin Azərbaycana gəlməsinə icazə verə, həmçinin hərbi baza yaradılmasına da razılıq verə bilər”.

Bu sözləri Bizimyol.info-ya açıqlamasında sosioloq, QHT sədri Elçin Əfəndi bildirib.

Elçin Əfəndi Elçin Əfəndi

Onun sözlərinə görə, 10 noyabrdan sonra xalqın ruh düşkünlüyü yaşaması müəyyən dairələrə sərf etsə də, Türkiyə hərbçilərinin gəlişi onların planlarını gözlərində saxlayacaq.

“Türkiyə hərbçilərinin ölkəmizə gəlməsi Azərbaycanın masaya qoyduğu mövqeyə əsasən mümkündür. Yəni Rusiya və digər Ermənistan havadarları bunu qəbul etməsələr belə Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bu vəziyyətə gətirdi. Bundan əlavə qeyd edim ki, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdi. Azərbaycan istənilən zaman Türkiyə hərbçilərinin Azərbaycana gəlməsinə icazə verə, həmçinin hərbi baza yaradılmasına da razılıq verə bilər. Referendum tələbi vacibdi və düşünürəm ki, xalqımız bu referendumu mütləq səs çoxluğu ilə qəbul edər. Hal-hazırda buna ehtiyac duyulmasa da, amma həyata keçirilməsi də mümkünsüz deyil. Qardaş Türkiyənin hərbçiləri Azərbaycanda Sülhməramlıların koordinasiya mərkəzində olacaqlar. Bundan əlavə bir neçə məntəqədə də nəzarət funksiyasını həyata keçirəcəklər. Onların harada yerləşməsi ilə bağlı qərarı Azərbaycan Respublikası verəcək.

Məlum olduğu kimi artıq Türkiyə BMM qərarı qəbul edərək ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğana göndərdi və sayın cumhurbaşkanı Ərdoğan qərarı imzalayaraq mehmetçiklerin evlərinə gəlmələrini təsdiq etdi. Yəqin ki, yaxın günlərdə onları ölkəmizdə görəcəyik. Gələcək hərbçilərlə bağlı konkret say, həmçinin hərbi texnika haqqında məlumat yoxdur. Bu barədə də məlumat bu həftə ərzində hər halda açıqlanacaq. Türkiyə hərbçilərinin ölkəmizə gəlişi xalqımızda ruh yüksəkliyinə rəvac verəcək. 10 noyabrdan sonra baş verən hadisələr diqqətdədi. Xalqın ruh düşkünlüyü yaşaması müəyyən dairələrə sərf etsə də, Türkiyə hərbçilərinin gəlişi onların planlarını gözlərində saxlayacaq. Bu addım həm siyasi, həm hərbi, həm də qardaşlıq münasibətlərinin sarsılmaz olduğunun nəticəsidir”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »