Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Topçu Vüsal tarixə düşəcək
Topçu Vüsal tarixə düşəcək

Düşmən üzərinə mərmini atıb qürurlu geri dönüşü ilə hamının ürəklərini fəth edən qəhrəmanımız, sosial şəbəkələrin trendinə çevrilən Vüsal İslam oğlu Şahkərimovun şəkili 11-ci sinif tarix kitablarının üzlüyündə yer alacaq.

Bizimyol.info-nun məlumatına görə, bu barədə Təhsil Nazirliyinin əməkdaşı Elm və Təhsil səhifəsində məlumat yayıb.

Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan 19 yaşlı Vüsal hazırda davam edən Vətən müharibəsində topçu kimi şərəflə xidmətini davam etdirir.

Atası İslam Şahkərimov deyir ki, oğluna elə ad günü çağırış vərəqəsi gəlib: "Elə ad günü çağırış gəldi və o da getdi hərbi xidmətə. Uğurlarını və necə xidmət etdiyini də hamı gördü. O gün olsun ki, bütün əsgərlərimiz sağ-salamat qələbə ilə öz evlərinə dönsünlər”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »