Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karen Şahnazarov: İlham Əliyev bütün Cənubi Qafqazın lideridir!
Karen  Şahnazarov

Hazırda Azərbaycanda baş verənlər fenomenaldır. İlham Əliyev bütün postsovet məkanında 30 il ərzində Qafqazın ən uğurlu və təsirli siyasətçisinə çevrilib.

Virtualaz.org bildirir ki, bunu erməni əsilli rusiyalı məşhur rejissor, Rusiyanın xalq artisti, "Mosfilm"in baş direktoru Karen Şahnazarov “Rusiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində deyib.

O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda mövqelərinin güclənməsi Prezident İlham Əliyevin bütün regionun siyasi lideri olmağa iddia etməsinə imkan verir. Karen Şahnazarovun fərz etdiyi kimi, bu məqsədə çatmaq üçün onun həm pulu, həm resursları, həm də indi hərbi imkanları var.

“O, yaxşı bir məktəbə sahib olan görkəmli, ağıllı siyasətçidir və bu, qeyd-şərtsizdir. Bu halda ona qarşı kimin nə sözü ola bilər ki? Cənubi Qafqazın regional birliyə ehtiyacı var. Bu gün bu regional birliyin lideri kim ola bilər? Əlbəttə ki, Cənab İlham Əliyev! Müharibədə qələbə çalan, neftə, pula və hər şeyə sahib olan Azərbaycanı ilə birlikdə!”, - rejissor vurğulayıb.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »