Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Səhiyyə Nazirliyi Co Baydenlə işləməkdən imtina edib
Co Bayden

Ümui Xidmətlər İdarəsi (GSA) tərəfindən qələbəsi tanınmayana qədər ABŞ Səhiyyə Nazirliyi prezident seçkilərində özünü qalib elan edən Co Baydenin komandası ilə işləməyəcəyini bildirib.

Bu barədə “CNN” telekanalı qurumun rəhbəri Aleks Azara istinadən məlumat yayıb.

“Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini müəyyən edərsə, o zaman da tam birgə şəkildə peşəkar keçid və hazırlıq işlərini təmin edəcəyik. Biz təlimat qaydalarına riayət edirik”, - deyə Azar vurğulayıb.

Bundan bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin də Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etməsi barədə yazmışdı.

Qeyd edək ki, Demokrat Co Baydenin Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin etmək istədiyi Ron Klayn bildirmişdi ki, Ümumi Xidmətlər İdarəsi gələn həftədən etibarən hakimiyyətin ötürülməsinə başlanıldığını təsdiqləməlidir.(apa)

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »